RusAzeri

Reseptlərə Abunə Ol




Tasty.az
Maşa tortu PDF faylını al Çap E-poçt
Baxış sayı: 1607
Tortlar

Maşa tortu

Lazım olan ərzaqıar:

Xəmir üçün:
Qatılaşdırılmış şirin süd - 200 qr.
Xama - 250 qr.
Un - 320 qr.
Yumumurta - 3 ədəd
Soda - 0,5 ç.q.
kakao tozu - 2 x.q

Krem üçün:

Kərə yağı -200 qr.
Qatılaşdırılmış şirin süd-200 qr.
Doğranmış qoz

Hazırlanması:

Qatılaşdırılmış şirin südü, xamanı və yumurtanı birlikdə yaxşı qarışdırıb un və soda əlavə etmək, iki yerə bölüb bir hissəsinə kakao qatmaq, hər birini yağlanmış formada 210°С  temperaturda 20 dəqiqə ərzində sobada bişirmək, hazır olduğunu taxta çöplə yoxlamaq, bişdikdən sonra tam soyutmaq, ortadan 2 yerə bölərək arasını açmaq lazımdır.

Kremin hazırlanması: Yumşalmış kərə yağını mikserlə çalmaq,  qatılaşdırılmış südü hissə-həssə əlavə edərək krem bərkiyənədək  çalmaq, bişmiş biskvitləri kremləyərək üst-üstə elə yığmaq  lazımdır ki, rənglərə görə növbələşsinlər (1 ağ, 1 qara).  Sonda tortun üstünü və ətraflarını da kremləyərək üzərinə qoz qırıntıları səpmək lazımdır.

Не забудьте добавлять комментарии.

Add comment


Security code
Refresh

 
top